Jun 6, 2012 07:11
11 yrs ago
English term

stopover

English to Azerbaijani Other Tourism & Travel
Stopovers & agreed stopping places
Proposed translations (Azerbaijani)
3 müvəqqəti dayanma
4 dayanacaq

Discussion

Ilham Ahmadov Jun 6, 2012:
Əvvəla mən sual verənin savadlı olub olmaması ilə bağlı heç bir mülahizə irəli sürməmişəm. Sualın izahat bölməsinə gəldikdə yəgin ki, sayt tərtibatçıları onun lazım olduğunu düşünüb bu hissəni nəzərə alıblar əks halda buna ehtiyac da olmazdı. Bu bölmə olmasaydı mən izahatımı da yazmazdım. Mənim cavabıma dair əlavə izahat verməyim heç də mənim sorğu verənin savadsız olması mövqeyində olduğumu bildirmir və onun belə şərh olunması əsla doğru deyil. İkincisi söhbət təyyarədən və uçuşlardan getdikdə bunun avtobus dayanacağı kimi anlama gəlməsini necə düşünmək olar? Sizin məntiqlə düşünsək onda "müvəqqəti dayanma" dedikdə insanın ağlına min cür şey gələ bilər, çünki siz bu müvəqqəti dayanmanın hansı nəqliyyat vasitəsinə şamil edildiyini qeyd etməmisiniz. Amma müştəri həm sizin, həm də mənim variantımı oxuduqda biləcək ki, burada uçuşa müəyyən vaxt ərzində fasilə verilməsindən söhbət gedir. Mənim sizinlə mübahisə etmək fikrim yoxdur sadəcə olaraq dayanacağın dayanmadan daha münasib olduğunu düşünürəm.
Payiz Jun 6, 2012:
Mən bəyəm “avtobus dayanması” filan yazmışam. Tamamilə yersiz müqayisədir. Özünüz də dediyiniz kimi avtobus dayanacağı olur, taksi dayanacağı olur və s. Bu tərcümədən istifadən edənlər, məsələn müştərilər “dayanacaq” sözünü görəndə onların ağlna avtobus dayanacağı, taksi dayanacağı, metro dayanacağı və s. gələcək. Başqa sözlə, “dayanacaq” onları söhbətin əslində nədən getdiyindən yayındıracaqdır, yəni müştəri çaş-baş qalacaqdır. Tərcümənin əsas vəzifəsi ondan istifadənləri çaşdırmaq olmamalıdır. Onlara daha spesifik, daha konkret məlumat çatdırılmalıdır. Sizin “cavabımın izah hissəsinə” gəldikdə isə, sizcə sualı verən o qədər savadsızdır ki, “stopover” sözünün nə demək olduğunu bilmir. Ona sözün mənasını izah etmək lazım deyil, çünki ən azından o da bir dil mütəxəssisidir. Əminəm ki, onu bu sözü Azərbaycan dilində daha uyğun necə yazmaq maraqlandırır.
Ilham Ahmadov Jun 6, 2012:
Mən feli isimdən danışmıram. Aşağıdakı sualıma baxın orda feli isimə aid heç bir şey yoxdur. Avtobus dayanması deyilir yoxsa dayanacağı? Müvəqqətiyə gəldikdə cavabımın izah hissəsində bu dayanacağın müvəqqəti xarakter daşımasını anlamaq heç də çətin deyil.
Payiz Jun 6, 2012:
Hər halda "müvəqqəti dayanma" "dayanacaq" sözündən daha spesifikdir. Yeri gəlmişkən, birinci dəfədir eşidirəm ki, ədəbi dildə feli isim istifadə olunmur desinlər.
Ilham Ahmadov Jun 6, 2012:
Sizcə dayanma dayanacaqdan yaxşıdır? Dayanacaq elə dayanma deməkdir və ədəbi dildə dayanma sözündən istifadə olunmur.
Payiz Jun 6, 2012:
dayanacaq Məncə, "dayanacaq" ümumi termindir və onun tətbiq sahəsi nisbətən genişdir

Proposed translations

1 hr
Selected

müvəqqəti dayanma

Hər halda bu, sətir və ya abzas başlığına bənzəyir. İngiliscə isim və cəm forma istifadə edilsə də Azərbaycan dilində bu cür başlıq üçün feli sifət daha münasibdir.
Cümlə içərisində isə müvəqqəti dayanma məntəqəsi, müvəqqəti dayanma şəhəri və s. istifadə edilə bilər.

--------------------------------------------------
Note added at 1 hr (2012-06-06 08:25:11 GMT)
--------------------------------------------------

üzr istəyirəm "feli isim" demək istəmişdim

--------------------------------------------------
Note added at 1 day23 hrs (2012-06-08 07:04:52 GMT)
--------------------------------------------------

http://www.un-az.org/undp/files/publications2008/UN_glossary...
Something went wrong...
4 KudoZ points awarded for this answer. Comment: "спасибо за ссылку, помогла во многом"
13 mins

dayanacaq

təyinat yerinə hərəkət edərkən/uçarkən bir neçə saatlıq və ya bir gecəlik dayanacaq deməkdir. Yəni hava limanından çıxıb şəhəri gəzmək və orada bir gecə qalmaq üçün sərnişinə verilən fürsətdir.
Something went wrong...
Term search
  • All of ProZ.com
  • Term search
  • Jobs
  • Forums
  • Multiple search